Azərbaycanda əsgər anasını öldürən molla: cinayəti uşaq aşkarladı - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda əsgər anasını öldürən molla: cinayəti uşaq aşkarladı - TƏFƏRRÜAT

10:32 - 03 / 05 / 2021
Azərbaycanda əsgər anasını öldürən molla: cinayəti uşaq aşkarladı - TƏFƏRRÜAT

Aprelin 28-də Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində qətlə yetirilməsi ilə bağlı təfərrüatlar məlum olub.

1news.az bildirir ki, qətlə yetirən qadının yaxınlarının Trend-ə verdiyi məlumatına görə, Z. Fərzəliyevanı öz qohumu qətlə yetirib:

"1971-ci il təvəllüdlü Mürad Əskərov qadının evinə əvvəllər də hücum edərək onunla cinsi əlaqədə olmağa cəhd edibmiş. Lakin onun cəhdi alınmayıb. Z. Fərzəliyeva 3 uşaq anasıdır, bir oğlu cəbhə bölgəsində həqiqi hərbi xidmətdə, bir oğlu isə Bakıda işləyir. Qadının bir oğlu isə yanında qalırmış. Z.Fərzəliyevanın həyat yoldaşı isə mövsümi işlə bağlı Rusiyada işləməyə gedib.

Hadisə baş verən gün Murad Əskərov kənd ərazisində özünə məxsus torpaq sahəsində işləyərkən Z.Fərzəliyevanın oğlunun meşəyə odun yığmağa getdiyini görüb. Fürsətdən istifadə edən M.Əskərov qadının evdə tək olduğunu bilib və onun evinə gedib. Evə daxil olan M.Əskərov cibindəki bıçaqla qadını qorxudaraq onunla cinsi əlaqədə olmasını tələb edib. Qadın qışqıraraq evdən qaçmağa cəhd edərkən M.Əskərov onu boğazından tutmaq istəyərkən bıçaq qadının boğazına batıb. Qadına xəsarət yetirdiyini görən M. Əskərov işin üstünün açşılacağını düşünüb və bu məqsədlə də qadını qətlə yetirərək izi itirmək istəyib. Bu məqsədlə M.Əskərov yaralı qadına ürək və boğaz nayihəsindən 7 bıçaq zərbəsi endirərək onu xüsusi amansızlıqla qətlə yetirib hadisə yerindən qaçıb".

Qohumlarının dediyinə görə, M.Əskərov qətlə yetirdiyi qadının qohumudur: "Zəkifə Muradın qardaşının baldızıdır və Muradın qardaşıgil Şirvan şəhərində yaşayır. Murad özü də Şirvan şəhərində yaşayıb və son 15 ildə Lerik rayonuna köçüb. Kəndə köçəndən Murad kənd qəbirstanlığında yasin oxumaqla pul qazanırmış".

Məlumata görə. qətl hadisəsinin üstünü də azyaşlı uşaq açıb: "Murad əlləri qanlı baldızıgilin həyətyanı sahəsinə gəlib əlləri və üstündəki qan izlərini yuyanda baldızının 5 yaşlı oğlu onu görüb. Uşaq axşam saatlarında evdə olarkən valideynlərinə məlumat verib ki, Murad əlləri və üstü qanlı halda onların həyətinə gəlib yuyunub. Bundan sonra hadisənin üstü açılıb və ailə polisə məlumat verib. Polis uşaqla söhbət aparandan sonra Murad Əskərov şübhəli şəxs qismində saxlanılıb. O polisə hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

1news.az

Paylaş:
766

Son xəbərlər

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08
Bütün xəbərlər