Xarici İşlər Nazirliyində struktur dəyişikliyi edilib
Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi edilib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, XİN-in strukturuna daxil olan idarələrin sayı artırlıb.
XİN-də yeni Təşkilat-nəzarət idarəsi yaradılıb.
Yeni təyin edilən nazir müavini Elnur Məmmədovun kurasiyasında olan idarələr müəyyənləşib.
Onlar aşağıdakılardır:
- Amerika idarəsi;
- Asiya İdarəsi
- UNESCO üzrə Azərbaycan Respublikasının Daimi Katibliyi
- Ümumi Katiblik
- Linqvistik təminat idarəsi;
- Arxiv İdarəsi;
- İşlər İdarəsi;
- Xüsusi şöbə.
438