Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib - FOTO

S.Xankişiyeva12:12 - 18 / 05 / 2021
Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib - FOTO

Azərbaycan Ordusunun təlimləri davam edir.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər