Çinin Tibet bölgəsində yüksək patogen quş qripi ocağı aşkarlanıb | 1news.az | Xəbərlər
Dünya

Çinin Tibet bölgəsində yüksək patogen quş qripi ocağı aşkarlanıb

17:52 - 20 / 05 / 2021
Çinin Tibet bölgəsində yüksək patogen quş qripi ocağı aşkarlanıb

Çinin Tibet muxtar ərazisində vəhşi quşlar arasında yüksək patogen quş qripinə (H5N8) yoluxmalar qeydə alınıb.

1news.az AZƏRTAC-a xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilir ki, H5N8 virusu Tibetin Naqçu şəhərində 2 yerdə aşkarlanıb. Məlumata əsasən, virusa yoluxmuş 268 çöl quşu ölüb.

Səlahiyyətli qurumlar dərhal ərazidə cavab tədbirlərinə başlayıblar. Ərazi dezinfeksiya edilib, ölü quşlar təhlükəsiz şəkildə məhv edilib.

Qeyd edək ki, quş qripinin (avian influenza) alttipi H5N8 virusu müxtəlif quşlar və heyvanlarda yüksək dərəcədə öldürücülük qabiliyyətinə malik xəstəlik törədir. İnsan üçün risk dərəcəsi aşağı qiymətləndirilir. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır. Ev quşlarının yoluxması da xəstə vəhşi quşlarla yaranan birbaşa təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır. Beynəlxalq tələblərə görə, quş qripinin yüksək və aşağı patogenli tipləri ilə yoluxma aşkar edildiyi halda bütün quşlar tələf edilməlidir.

Paylaş:
888

Son xəbərlər

Bütün xəbərlər