“Paşinyanın oğluna görə Cəbrayılda 1200 əsgərimiz öldü” - Erməni döyüşçü | 1news.az | Xəbərlər
Ermənistan

“Paşinyanın oğluna görə Cəbrayılda 1200 əsgərimiz öldü” - Erməni döyüşçü

13:49 - 25 / 05 / 2021
“Paşinyanın oğluna görə Cəbrayılda 1200 əsgərimiz öldü” - Erməni döyüşçü

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın oğlu Aşot yenidən gündəmə gəlib.

1news.az virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyanın oğlunun hərbi xidmətdə olması ilə bağlı yerli mediada sensasion məlumat yayılıb. Daha doğrusu, telekanallardan birində qonaq olan Artur Ayvazyan adlı könüllü döyüşçü iddia edib ki, İkinci Qarabağ müharibəsi zamanı xeyli sayda əsgər məhz Aşot Paşinyana görə məhv olub.

"Paşinyanın oğlunu Cəbrayıldan çıxarmaq üçün İcan alayından 1200 nəfər öldü. Bu, xəyanətdir. Bu insanlar döyüşlərə zirehli maşınlar olmadan, hava hücumundan müdafiə sistemləri qurulmadan göndərildilər, qırğının qabağına verildilər", - Artur Ayvazyan bildirib.

Qeyd edək ki, bu günlərdə Nikol Paşinyan oğlu Aşot Paşinyanın İkinci Qarabağ Müharibəsi zamanı sıravi əsgərlərlə birlikdə xidmət apardığını demişdi. Erməni cəmiyyətində narazılığa səbəb olan bu açıqlamadan sonra bir çox ictima-siyasi xadimlər Aşotun döyüş bölgəsində olmadığını, yayılan xəbərlərin şou xarakteri daşıdığını vurğulayıblar.

1news.az

Paylaş:
1130

Son xəbərlər

Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39
Bütün xəbərlər