Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib

S.Xankişiyeva14:18 - 26 / 05 / 2021
Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edir, xalqınıza tərəqqi və rifah arzulayıram.

Əminəm ki, hamılıqla pandemiyanın və onun nəticələrinin aradan qaldırılması üçün mübarizə apardığımız bu çətin vaxtda dost və müttəfiq ölkələrimiz münasibətlərimizin təşviqi üzərində işləyəcək və yeni əməkdaşlıq formaları tapacaq. Xüsusilə hər iki ölkənin enerji və infrastruktur sahələrindəki iqtisadi potensialı daha səmərəli və daha əhəmiyyətli əməkdaşlıq üçün stimul ola bilər.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Paylaş:
391

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər