Hindistan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Hindistan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

S.Xankişiyeva12:28 - 26 / 05 / 2021
Hindistan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında qədim dostluq əlaqələri mövcuddur. İkitərəfli münasibətlərimizin gələcək illərdə daha da güclənəcəyinə və şaxələnəcəyinə əminəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Paylaş:
404

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər