Emeri Avropa Liqasının tarixinə düşdü
"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasında rekorda imza atıb.
1news.az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 4 dəfə turnirin qalibi olan ilk baş məşqçi olub.
2013/14, 2014/15 və 2015/16 mövsümlərində "Sevilya" ilə kuboku qazanan Emeri bu gün "Vilyarreal"ın sükanı arxasında finalda "Mançester Yunayted"i üstələməklə qalib olub.
İtaliyalı məşqçi Covanni Trapattoni bu göstəricidə 2-cidir. O, 1976/77 və 1992/93 mövsümlərində "Yuventus"la, 1990/91 mövsümündə "İnter"lə kuboku qazanıb.
1news.az
759