Dünyada son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

10:16 - 28 / 05 / 2021
Dünyada son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Dünyada son sutka ərzində 539 384 nəfər koronavirusa yoluxub, 11 693 nəfər ölüb.

1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 168 040 871 yoluxma hadisəsi, 3 494 758 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 43 faizdən çoxu Cənub-Şərqi Asiyanın (231 799) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (180 734) ilə Avropa (68 237) bölüşür.

1news.az

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər