Nənə amansız muzdlu qatilləri rüsvay etdi - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Nənə amansız muzdlu qatilləri rüsvay etdi - VİDEO

16:28 - 03 / 06 / 2021
Nənə amansız muzdlu qatilləri rüsvay etdi - VİDEO

Meksikadakı narkokartellərin muzdlu qatilləri amansızlıqları və qəddarlıqları ilə dünyada məşhurdur.

1news.az bildirir ki, "sicario" adlanan bu mafiozlar arasında sosial şəbəkələrdəki profillərində əməlləri və silahları ilə qürrələnmək dəbdir.

Meksikanın Halisko ştatındakı "Yeni Halisko" narkokartelində "sicario"lar olan üç qardaş TikTok-da canlı yayım edərək qürrələnmək fikrinə düşmüşdülər.

Onlar əllərindəki silahları yelləyərək rəqib "Zetas" kartelini hədələyərkən qapı döyülüb, nənə otağa girib.

Qəzəblənmiş nənə başmaqla nəvələrini döyüb.

1news.az

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər