“Formula-1”: İkinci yarış günündə ilk qaliblər bilinəcək | 1news.az | Xəbərlər
İdman

“Formula-1”: İkinci yarış günündə ilk qaliblər bilinəcək

10:04 - 05 / 06 / 2021
“Formula-1”: İkinci yarış günündə ilk qaliblər bilinəcək

"Formula-1" üzrə Azərbaycan Qran-prisi davam edir.

1news.az apasport.az-a istinadən bildirir ki, mövsümün altıncı mərhələsinin ikinci günündə ilk qaliblər müəyyənləşəcək.

"Formula-2"də birinci yarışın ən sürətliləri bəlli olacaq.

Qran-prinin ikinci günündə "Formula-1" pilotları isə 2 dəfə trekə çıxacaqlar. Onlar öncə üçüncü - sonuncu sərbəst yürüşdə məşq edəcəklər. Ardınca sıralama turunda mübarizə aparacaq iştirakçılar əsas yarış üçün mövqelərini dəqiqləşdirəcəklər.

Azərbaycan Qran-prisi
5 iyun
11:25-12:15. "Formula-2". Sprint yarışı
13:00-14:00. "Formula-1". Üçüncü sərbəst yürüş
16:00-17:00. "Formula-1". Sıralama turu
17:40-18:30. "Formula-2". Sprint yarışı

Qeyd edək ki, yarış iyunun 6-da yekunlaşacaq.

1news.az

Paylaş:
530

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər