“Laçınla Kəlbəcərə 17 maşın mina basdırdıq”: düşmən etiraf etdi - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

“Laçınla Kəlbəcərə 17 maşın mina basdırdıq”: düşmən etiraf etdi - VİDEO

15:46 - 07 / 06 / 2021
“Laçınla Kəlbəcərə 17 maşın mina basdırdıq”: düşmən etiraf etdi - VİDEO

"Bəli, o əraziləri minalamışıq. Yaxşı da etmişik. Laçın və Kəlbəcər rayonlarına 17 yük maşını mina basdırmışıq. Piyada əleyhinə minalar, tank əleyhinə minalar".

Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan İrəvandakı "Noyan Tapan" agentliyinə verdiyi müsahibəsində belə deyib.

1news.az bildirir ki, iyunun 4-də ermənilər tərəfindən Kəlbəcər rayonundakı Susuzluq kəndinin yaxınlığında yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində azərbaycanlı jurnalistlər - AzərTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov şəhid olublar.

Bu baxımdan Koryun Qumaşyanın sensasion açıqlaması əslində Ermənistan Müdafiə Nazirliyinin hərbçilərinin Azərbaycanı işğaldan azad edilmiş ərazilərində terrorizm və diversiyalarla məşğul olmalarının etirafıdır.

Koryun Qumaşyan "Noyan Tapan"ın studiyasında əsla çəkinmədən hərbi cinayətlərini etiraf edir:

"Laçınla Kəlbəcərə tam 17 yük maşını mina basdırmışıq. Bu minalar səbəbindən orada kimsə nə isə edə bilməz. İşimizi görmüşük, özü də yaxşı görmüşük. Azərbaycan əsirlərimizi qaytarsın, mən də minaladığım ərazilərin xəritələrini verim".

Polkovnik K.Qumaşyanın açıqlaması Ermənistanın mahiyyətini bir daha sübut edir. Azərbaycan ordusunun antiterror əməliyyatları qarşısında duruş gətirə bilməyən düşmən terror və diversiya taktikasını seçib. Belə əməllər isə hərbi cinayətlər kimi yox, aşkar terrorçuluq kimi dəyərləndirilir.

Beynəlxalq təşkilatlar Ermənistanın bu azğın, terrorçu fəaliyyətini sonucda görməli, törədilənlərə müvafiq qiymət verməlidir.

1news.az

Paylaş:
756

Son xəbərlər

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12
Bütün xəbərlər