Pokras Lampas dünya futbolu tarixində UEFA Avro-2020 Çempionatının ən yaxşı qolunun müəllifinə veriləcək ilk NFT-mükafatın əsasını təşkil edəcək art obyekti təqdim etdi | 1news.az | Xəbərlər
Futbol

Pokras Lampas dünya futbolu tarixində UEFA Avro-2020 Çempionatının ən yaxşı qolunun müəllifinə veriləcək ilk NFT-mükafatın əsasını təşkil edəcək art obyekti təqdim etdi

22:46 - 11 / 06 / 2021
Pokras Lampas dünya futbolu tarixində UEFA Avro-2020 Çempionatının ən yaxşı qolunun müəllifinə veriləcək ilk NFT-mükafatın əsasını təşkil edəcək art obyekti təqdim etdi

İyunun 11-də UEFA Avro-2020 futbol kəndində rəqəmsallaşdırılacaq və NFT-mükafata çevriləcək unikal art installyasiyanın yaradılmasına başlanmışdır.

UEFA Avro-2020 Çempionatının ən yaxşı qolunun müəllifinə tamamilə yeni mükafatın yaradılması təşəbbüsü ilə “Qazprom” PSC – yarışın rəsmi sponsoru çıxış etmişdir. Bu ideyanın reallaşdırılması üçün tanınmış rusiyalı kalliqrafuturist Pokras Lampas dəvət edilmişdir.

Rəssamın fikrinə görə installyasiyanın yaradılması iyunun 12-dək başa çatacaqdır. Art obyekt kalliqrafik ornamentdə Çempionatın adının, “Qazprom” şirkətinin adının, “Qazprom” PSC-nin “Futbol dostluq üçün” adlı beynəlxalq sosial uşaq proqramının adının və onun dostluq, bərabərlik, ədalətlilik, sağlamlıq, sülh, sadiqlik, qələbə, ənənələr və namus kimi dəyərlərinin şifrələndiyi 432 futbol topundan ibarətdir. Kalliqrafiya yalnız qalibin topunu əks etdirməyəcək – onun adı məlum olanadək. Toplar hər kəsin öz auditoriyası üçün qeyri-adi kontentin yarada biləcəyi açıq art məkan təşkil edir.

Gələcəkdə art installyasiya fiziki obyekt kimi mövcudluğunu itirəcək və meydana NFT-token formatında rəqəmsal incəsənət əsəri kimi yenidən çıxacaq. Rəqəmsal mükafatı və qalibin topunu UEFA Avro-2020 Çempionatının ən yaxşı qolunun müəllifi qazanacaq. Təqdimetmə mərasimində Avropa çempionatının keçirildiyi bütün dövlətlərini təmsil edən “Futbol dostluq üçün” proqramının gənc nümayəndələri iştirak edəcək. Mükafatın qoloqramı UEFA-nın Nyon (İsveçrə) şəhərində yerləşən qərargahının ekspozisiyasına veriləcək.

“Goal of the tournament” futbol tarixində ilk rəqəmsal mükafat olacaq. Fiziki qavrayışla rəqəmsal reallığı əsl incəsənət əsəri çərçivəsində birləşdirərək o, UEFA Avro-2020 Çempionatının: bütün dünyada yaşayan insanların idman ətrafında birləşdirdiyi qlobal tədbirin ruhunun yaradıcılıq təcəssümü olacaq.

"Bu gün çox vacib gündür, çünki futbol tarixində ilk dəfə 2020-ci il futbol üzrə Avropa çempionatında ən yaxşı qol üçün mükafat sadəcə fiziki obyekt yox, rəqəmsal NFT-mükafat olacaq. Çempionatın rəsmi sponsoru Qazprom ASC-nin dəstəyi sayəsində Rusiyanı dünya səviyyəsində təmsil etmək və bu idman növü üzrə ən yaxşı oyunçuya mükafat vermək imkanı əldə etmişik" - deyə rəssam bildirdi.

“Bu, uzun illərdi UEFA-nın etibarlı tərəfdaşı olan “Qazprom”un futbolun bütün dünyada inkişafına öz tövfəsini verdiyi birinci hal deyil”, deyə UEFA-nın marketinq üzrə direktoru Qay-Loran Epşteyn vurğulayıb. ““Qazprom”un yarışda vurulan qola görə verdiyi mükafat - futbol tarixində unikal mükafatdır, və biz ümid edirik ki, növbəti bir ay ərzində biz çoxlu sayda gözəl qolların şahidi olacağıq“.

Paylaş:
770

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər