Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub | 1news.az | Xəbərlər
İdman

Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub

17:39 - 14 / 06 / 2021
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub

Qrossmeyster Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Superbet Chess Classic” turnirinin qalibi olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, 36 yaşlı şahmatçımız yarışın sonuncu turunda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Bununla da xal ehtiyatını 6-ya çatdıran Şəhriyar Məmmədyarov bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi adını qazanıb.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyan ilə heç-heçə edib. Teymur Rəcəbov turniri 4,5 xalla başa vurub.

1news.az

Paylaş:
724

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər