İstanbulda yağan leysan yağışı bir sıra fəsadlar törədib
Bu gün günorta saatlarından etibarən İstanbulda müşahidə olunan yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhərdə yağan leysan yağışı səbəbindən yeraltı keçidləri və tunelləri su basıb. Bir tuneldə avtomobilin içində qalan iki yaşlı şəxs onlara tərəf üzərək gələn vətəndaşlar tərəfindən xilas ediliblər. Yağan leysan yağışı İstanbulun əsas yollarında irimiqyaslı gölməçələrin yaranmasına da səbəb olub. Bəzi iş və yaşayış yerlərini su basıb.
Yağıntılı hava şəraiti şəhərin Avropa qitəsində daha təsirli olub.
Qeyd edək ki, bu gün səhər saatlarında hidrometeoroloqlar tərəfindən şəhərdə leysan və dolu yağışı, güclü külək və sel ilə bağlı xəbərdarlıq edilib.
556