Rusiyada təyyarə sərt eniş edib, ölənlər və xəsarət alanlar var | 1news.az | Xəbərlər
Dünya

Rusiyada təyyarə sərt eniş edib, ölənlər və xəsarət alanlar var

10:21 - 19 / 06 / 2021
Rusiyada təyyarə sərt eniş edib, ölənlər və xəsarət alanlar var

Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.

1news.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin mühərriklərindən birində problem yaranıb. Nəticədə təyyarə eniş edən zaman meşə massivi ilə toqquşub.

Hadisə nəticəsində dörd nəfər ölüb, onlardan ikisi pilotdur. Hadisə zamanı, həmçinin 15 nəfər xəsarət alıb.

Məlumata görə, bu, Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib.

1news.az

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər