Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

10:50 - 24 / 06 / 2021
Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,28 dollar artaraq 75,47 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,27 dollar bahalaşaraq 73,35 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,87 dollar artaraq 76,59 dollar təşkil edib.

Qeyd edək ki, bu, “Azeri Light” neftinin son 2 ildəki maksimum qiymət göstəricisidir.

1news.az

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər