Hərbi ekspert: “Bu, Azərbaycan oğullarının müharibədə ortaya qoyduğu əzmə dövlət və hökumət qayğısıdır”
“İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin əmək haqqının artırılması ilə bağlı sərəncam çox təqdirəlayiqdir. Bu indiyədər bu qədər yüksək faizdə olmamışdı”.
Bu barədə 1news.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, bu, Azərbaycan oğullarının müharibədə ortaya qoyduğu əzmə dövlət və hökumət qayğısıdır:
“Ancaq hərbçilərimizə ayrılan diqqət bununla yekunlaşmayacaq. Azərbaycan Prezidentinin silahlı qüvvələrin maddi-texniki bazasını möhkəmləndirməsi ilə bağlı planları var, maaşların artması da bu planın tərkib hissələrindən biridir. Düşünürəm ki, onların mənzil şəraitinin yaxşılaşdırması ilə bağlı, hərbi qulluqçuların özlərinin, yaxınlarının soial şəraitinin yaxşılaşdırılması üçün müəyyən addımlar gözlənilir”.
Ekspert bildirib ki, Prezidentin bu sərəncamı böyük etimaddır:
“Bunu Azərbaycan Ordusu öz zəhməti, əziyyəti hesabına, şəhidlərimizin qanı və canı hesabına əldə edib. Bundan sonra Azərbaycan Ordusunun güclənməsinin şahidi olacağıq. Hesab edirəm ki, silahlı qüvvələr Şuşa bəyannaməsindən sonra daha da güclənəcək, bizim ordumuz daha da yüskək mərtəbələrdə olacaq. Dünyanın aparıcı orduları arasında yer tutan Azərbaycan Ordusu bundan sonra yüksəlik istiqamətində addımlayacaq. Bu bizim hər birimizi sevindirir”.
“Yeri gəlmişkən, Silahlı Qüvvələrin əsgərindən tutmuş Ali baş komandanına hər birini bayram münasibəti ilə təbrik edirəm” – deyə, Ü.Cəfərov sözlərinə əlavə edib:
“Onlar ötən il bizim dünyada necə böyük bir coşqu ilə ordumuzun nüfuzunun qaldırılmasına bizim hamımızı şahid etdilər. Hesab edirəm ki, bu proses bundan sonra da davam edəcək, ordumuzun daha müasir silahlarla təmin edilməsini görəcəyik. O cümlədən hərbçilərimə yeni xidməti və daimi mənzillərin təhvil verilməsinin, yeni hərbi şəhərciklərin tikilməsinin şahidi olacayıq. Bu təkcə Müdafiə Nazirliyi ilə yekunlaşmayacaq, işğaldan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidmətinin də qəhrəman əsgər və zabitləri xidmət keçirlər. Dünən Qubadlıda da yeni hərbi hissənin açılışı olub. Təkcə son aylarda yeni istifadəyə verilmiş hərbi hissələrin sayı onlarladı. Bir neçə gün əvvəl də işğaldan azad olunmuş ərazilərdə modul tipli hərbi hissənin açılışı həyata keçirildi. Yəni, dövlət öz əsgərini və zabitini unutmur, yaxşı qidalanması, sağlam fəaliyyət göstəməsi üçün əlindən gələni edir və buna görə də hər birimiz yaxşı xidmət göstərməyə borculuq”.
Ü.Cəfərov deyib ki,Vətən Müharibəsində iştirak edən hərbçilərin təltif edilməsi ötən ildən başladı:
“Bu il də bunun davamı həyata keçirilir. Əsgər və zabirlərimizin təltif edilməsi bundan sonra da davam edəcək. Müharibə yenicə başa çatıb və qəhrəmanlıq nümunəsi göstərən əsgər və zabirlətimizin hər birinin əməyi yetərincə qiymətləndiriləcək. Onların adlarının əbədiləşdirilməsi, adlarına küçə və məktəblərin verilməsi, mükafatların təsis olunması və s. proseslər davamlı olacaq. Bu orden və medallar da onların qəhrəmanlığına kiçik bir təşəkkürdür”.