Tbilisidə Azərbaycanın Silahlı Qüvvələri Günü qeyd olunub | 1news.az | Xəbərlər
Siyasət

Tbilisidə Azərbaycanın Silahlı Qüvvələri Günü qeyd olunub

S.Xankişiyeva11:11 - 26 / 06 / 2021
Tbilisidə Azərbaycanın Silahlı Qüvvələri Günü qeyd olunub

Tbilisidə Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümü qeyd olunub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Silahlı Qüvvələr Günü münasibətilə Heydər Əliyev adına parkda ümummilli liderin abidəsi ziyarət olunub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov, hərbi attaşe aparatı və səfirlik əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov ümummilli liderin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Paylaş:
292

Son xəbərlər

Bütün xəbərlər