Türkiyə klubu azərbaycanlı futbolçunun keçidini açıqladı – FOTO | 1news.az | Xəbərlər
İdman

Türkiyə klubu azərbaycanlı futbolçunun keçidini açıqladı – FOTO

S.Xankişiyeva11:20 - 26 / 06 / 2021
Türkiyə klubu azərbaycanlı futbolçunun keçidini açıqladı – FOTO

Türkiyənin "Keçiörengücü" klubu azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin keçidini açıqlayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Ankara təmsilçisinin rəsmi tvitter hesabı məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ildən "Keşlə"də çıxış edib. Yarımmüdafiəçi 3 dəfə Azərbaycan millisinin də formasını geyinib. "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir.


Paylaş:
576

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər