Azərbaycanlı güləşçi erməniyə qalib gələrək yarımfinala çıxıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycanlı güləşçi erməniyə qalib gələrək yarımfinala çıxıb

S.Xankişiyeva17:06 - 28 / 06 / 2021
Azərbaycanlı güləşçi erməniyə qalib gələrək yarımfinala çıxıb

Güləşçimiz Turan Bayramov erməniyə qalib gələrək yarımfinala çıxıb.

Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.

İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Murad Haqverdiyev ilk görüşdə türkiyəli rəqibinə uduzub.

Sabir Cəfərov təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib.

Turan Bayramov qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbəylə start verib.

Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb.

Səbuhi Əmiraslanov 1/8 finalda rusiyalı rəqibinə məğlub olub.

Zəfər Əliyev debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda Ukrayna idmançısıyla bacarmayıb.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Paylaş:
503

Son xəbərlər

İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33
Bütün xəbərlər