Ombudsman Aparatı Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu ilə Memorandum imzalayıb | 1news.az | Xəbərlər
Siyasət

Ombudsman Aparatı Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu ilə Memorandum imzalayıb

S.Xankişiyeva14:14 - 29 / 06 / 2021
Ombudsman Aparatı Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu ilə Memorandum imzalayıb

Azərbaycan Ombudsman Aparatı ilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) arasında Anlaşma Memorandumu imzalanıb.

Ombudsmanı Aparatından 1news.az-a verilən məlumata görə, Ombudsmanın dəvəti ilə işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə Ombudsman Aparatında görüş keçirilib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib. Ombudsman Səbinə Əliyeva çıxışında 44 günlük Vətən Müharibəsi dövründə qardaş Tükiyə rəhbərliyinin və xalqının göstərdiyi mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib. O, Ermənistanın uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə etinasız yanaşaraq torpaqlarımızın iyirmi faizini işğal altında saxlaması səbəbindən insan hüquqlarının kobud surətdə pozulması faktlarına, habelə bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin uzun müddət səssiz qaldığını vurğulayıb.

Öz növbəsində TİHEK-in rəhbəri Süleyman Arslan dəvətə görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib. O qeyd edib ki, müharibə nəticəsində zərər çəkmiş ərazilərdə yerində araşdırmalar aparılması baxımından bu səfər xüsusi önəm daşıyır. S.Arslan çıxışı zamanı qurumlar arasında əlaqələrin genişləndirilməsinin məmnunluq doğurduğunu vurğulayıb.

Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təsisatın fəaliyyəti barəsində ümumi məlumat verib. Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti barədə məruzə ilə Aparat rəhbərinin müavini Rəşid Rumzadə çıxış edib. Çıxışlardan sonra Aparatın şöbə müdiri Zaur Vəliməmmədli 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Ombudsmanın fəaliyyətinə dair təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra iki qurum arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq çərçivəsində əlaqələrin gücləndirilməsi, müvafiq sahədə birgə təlim və tədqiqatların aparılması, qarşılıqlı maraq doğuran informasiya və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, eləcə də digər istiqamətlərdə əməkdaşlıq etməkdir.

Memorandumun imzalanma mərasimindən sonra kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil edilib.

Məlumat üçün bildirək ki, səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikasının Milli Məclisi, Konstitusiya Məhkəməsi və Minatəmizləmə Agentliyinin (ANAMA -nın) rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Səfər barəsində digər təfərrüatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

Paylaş:
297

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər