Müdafiə Nazirliyi: Laçında yük avtomobili qəzaya uğrayıb, iki hərbi qulluqçu həlak olub | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Laçında yük avtomobili qəzaya uğrayıb, iki hərbi qulluqçu həlak olub

S.Xankişiyeva08:50 - 29 / 06 / 2021
Müdafiə Nazirliyi: Laçında yük avtomobili qəzaya uğrayıb, iki hərbi qulluqçu həlak olub

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər