“Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlər davam edir – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

“Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlər davam edir – VİDEO

S.Xankişiyeva11:25 - 30 / 06 / 2021
“Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlər davam edir – VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda iyunun 28-də başlayan “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri davam edir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunur.

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər