Parlament nümayəndə heyətimizin üzvləri Budapeştdə Macarıstan-Azərbaycan parlament dostluq qrupu ilə görüşüblər - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Parlament nümayəndə heyətimizin üzvləri Budapeştdə Macarıstan-Azərbaycan parlament dostluq qrupu ilə görüşüblər - FOTO

S.Xankişiyeva12:22 - 30 / 06 / 2021
Parlament nümayəndə heyətimizin üzvləri Budapeştdə Macarıstan-Azərbaycan parlament dostluq qrupu ilə görüşüblər - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Macarıstanda səfərdə olan Azərbaycan parlament nümayəndə heyəti iyunun 29-da ölkəmizlə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədrini və nümayəndə heyətinin üzvlərini salamlayan Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki bu səfərin parlamentlərarası münasibətlərin inkişafına dəyərli töhfə verəcəyindən əminliyini bildirib. Diqqətə çatdırıb ki, parlamentlər arasındakı münasibətlər dövlətlərarası əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu sahədə parlamentlərarası dostluq qrupları xüsusi əhəmiyyətə malikdir. Pandemiya bitdikdən sonra qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyindən danışan dostluq qrupunun rəhbəri hər iki ölkə deputatlarının beynəlxalq təşkilatlarda yaxın əməkdaşlığından, bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Macarıstanla mövcud parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Milli Məclisdə Macarıstanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. İnanıram ki, deputatlarımız bu əməkdaşlıq ənənəsini beynəlxalq parlament təşkilatları çərçivəsində də bundan sonra da davam etdirəcəklər. S.Qafarova Macarıstanın müşahidəçi statusuna sahib olduğu TÜRKPA - parlament ölçüsü də daxil olmaqla, Türk dünyası ilə artan əməkdaşlıq tendensiyasından məmnunluğunu bildirib. Qeyd edib ki, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz arasındakı qarşılıqlı dəstək və tərəfdaşlıq ölkələrimizin mövqelərinin möhkəmlənməsinə xidmət etməyə davam edəcək.

Sahibə Qafarova Macarıstan hökumətinə, macarıstanlı deputatlara 44 günlük Vətən müharibəsi dövrü də daxil olmaqla, Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib. Müharibənin artıq başa çatdığını diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramına başlayıb. Tərəflər 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla bütün məsələləri həll etmək barədə razılığa gəlsələr də, Ermənistan azad olunmuş torpaqlarımızdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Müharibə bitdikdən sonra mina partlayışı nəticəsində yaralanan, həlak olan jurnalistlər, hərbi qulluqçular və mülki şəxslər var.

Sonra görüşdə dostluq qruplarının üzvləri - Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitə sədri Ziyafət Əsgərov, deputatlar – Kamilə Əliyeva, Asim Mollazadə, Elman Nəsirov, Macarıstan tərəfindən Pal Zsigmond-Barna, Csaba Gyüre, Laszlo B. Nagy, Gergely Farkas və Zsolt Csenger çıxış edərək ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyəti, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında rolu və digər məsələlər haqqında fikirlərini bölüşüblər.

Paylaş:
282

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər