Güləşçimiz erməni rəqibini məğlub etdi | 1news.az | Xəbərlər
İdman

Güləşçimiz erməni rəqibini məğlub etdi

S.Xankişiyeva16:31 - 03 / 07 / 2021
Güləşçimiz erməni rəqibini məğlub etdi

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

1news.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nihat Məmmədli ilk görüşdə erməni rəqibinə gücünü göstərib.

Həsrət Cəfərov 1/8 finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. Xasay Həsənli Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Murad Əhmədiyev debütdə Gürcüstan güləşçisinə məğlub olub.

60 kq

1/8 final: Nihat Məmmədli - Davit Jotyan (Ermənistan) 3:1

1/4 final: Nihat Məmmədli - Numan Bayram (Almaniya)

67 kq

1/8 final: Həsrət Cəfərov - Adam Pohileç (Macarıstan) 8:0

1/4 final: Həsrət Cəfərov - Nikolay Dzezov (Bolqarıstan)

72 kq

Təsnifat: Xasay Həsənli - İvo Sviqler (Çexiya) 9:0

1/8 final: Xasay Həsənli - İqor Botez (Rumıniya)

82 kq

Təsnifat: Murad Əhmədiyev - Yaqo Qobadze (Gürcüstan) 0:9

Paylaş:
591

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər