Braziliyalı ictimai fəal "Cronimet" şirkətindən Oxçuçayın çirkləndirilməsinə son qoyulmasını tələb edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Braziliyalı ictimai fəal "Cronimet" şirkətindən Oxçuçayın çirkləndirilməsinə son qoyulmasını tələb edib - FOTO

S.Xankişiyeva17:22 - 07 / 07 / 2021
Braziliyalı ictimai fəal "Cronimet" şirkətindən Oxçuçayın çirkləndirilməsinə son qoyulmasını tələb edib - FOTO

Braziliyada yaşayan və Azərbaycansevərliyi ilə fərqlənən ictimai fəal Andreia Hiromi ölkəmizin ərazisindən keçən Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq Almaniyanın "Cronimet" şirkətinin Braziliyadakı nümayəndəliyinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, müraciətdə şirkətin ətraf mühitin qorunması kimi mühüm məsələdə məsuliyyətsiz davranış nümayiş etdirdiyinə diqqət cəlb edilib. Səhmlərinin böyük hissəsinin Almaniyanın "Cronimet" şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatının istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya buraxması və ekoloji standartlara riayət etməməsi nəticəsində Azərbaycan ərazisində flora və faunaya, eləcə də insan sağlamlığına böyük təhlükə yarandığı vurğulanıb.

Andreia Hiromi "Cronimet" şirkətini ekoloji cinayətə göz yummamağa, ətraf mühitin qorunmasına dair öhdəliklərini yerinə yetirməyə və Oxçuçayın çirkləndirilməsinə son qoymağa çağırıb.

Eyni zamanda, Braziliyanın https://brasiliainfoco.com xəbər saytında Ermənistan və Almaniya şirkətlərinin Azərbaycan ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayda ekoloji cinayət törətməsi barədə məqalə yerləşdirilib.

Braziliyalı jurnalist Fabiana Ceyhanın qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dörd çaydan götürülmüş su nümunələri Almaniyanın SGS laboratoriyasında analiz edilib. Nəticədə 4 çayın hamısının Ermənistan tərəfindən əhəmiyyətli dərəcədə çirkləndirilməyə məruz qaldığı, Oxçuçayda isə ekoloji fəlakətin yaşandığı aşkarlanıb. Azərbaycan tərəfinin həmin şirkətlərin fəaliyyətinin dayandırılmasını tələb etdiyi nəzərə çatdırılıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://brasiliainfoco.com/ministerio-da-ecologia-e-recursos-naturais-do-azerbaijao-afirma-que-ha-4-rios-contaminados-quimicamente/

Paylaş:
519

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər