ABŞ ordusu Əfqanıstandan bu tarixdə çıxacaq | 1news.az | Xəbərlər
Dünya

ABŞ ordusu Əfqanıstandan bu tarixdə çıxacaq

17:01 - 09 / 07 / 2021
ABŞ ordusu Əfqanıstandan bu tarixdə çıxacaq

ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı Amerika hərbi missiyasının müddətinin başa çatacağı tarixi açıqlayıb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bayden mətbuat konfransı zamanı bu missiyanın avqustun 31-də bitəcəyini bildirib.

"Əfqanıstan ordusunun "Taliban" döyüşçülərinə uğurla müqavimət göstərə biləcəyinə inanıram", - deyə Bayden qeyd edib.

O, həmçinin vurğulayıb ki, ABŞ qoşunları ölkəni tərk etdikdən sonra Əfqanıstanı tək bir hökumətin idarə etməsi ehtimalı çox azdır.

1news.az

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər