Rusiya ilə sərhədlərin demarkasiyası üzrə danışıqların növbəti mərhələsi bu gün başa çatacaq | 1news.az | Xəbərlər
Siyasət

Rusiya ilə sərhədlərin demarkasiyası üzrə danışıqların növbəti mərhələsi bu gün başa çatacaq

S.Xankişiyeva10:51 - 09 / 07 / 2021
Rusiya ilə sərhədlərin demarkasiyası üzrə danışıqların növbəti mərhələsi bu gün başa çatacaq

"Rusiya ilə sərhədlərin demarkasiyası üzrə danışıqların növbəti mərhələsinə iyulun 6-da start verilib və bu gün başa çatacaq".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.

Onun sözlərinə görə, artıq üç gündür Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın toplantısı keçirilir: "İclasda növbəti sahələr üzrə demarkasiya işlərinin aparılması ilə əlaqədar iş planını təsdiq edirik. Müvafiq ekspert görüşlərinin yerlərdə keçirilməsi ilə bağlı planları da təsdiqlədik".

Paylaş:
249

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər