Diplomatik korpusun nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Diplomatik korpusun nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında olub - FOTO

S.Xankişiyeva11:20 - 09 / 07 / 2021
Diplomatik korpusun nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında olub - FOTO

Diplomatik korpusun nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, AZAL-ın əməkdaşı Valeh Əmiraslanov hava limanının tikintisi ilə bağlı diplomatları məlumatlandırıb.

O deyib ki, yanvarın 14-də hava limanının tikintisi istiqamətində iş başlayıb.

Bildirilib ki, minadan təmizlənmiş ərazidə uzunluğu 3 km, eni 60 metr olan uçuş zolağı, 8 dayanacağı olan perron yaradılıb. Hava limanının ərazisi 250 hektardır.

O qeyd edib ki, ərazidə stabil elektrik enerjisi var. V. Əmiraslanov aerovağzal binasının tikintisinin tamamlandığını və dam örtüyünün qoyulması ilə bağlı işin getdiyini vurğulayıb. AZAL-ın əməkdaşı bildirib ki, hava limanını içməli su ilə təmin etmək üçün 150 metr dərinliyində 2 artezian quyusu qazılıb, 500 kub metr ehtiyatı yaradılıb. AZAL-ın əməkdaşı onu da deyib ki, hava limanına ilk təyyarələrin qəbuluna sentyabrın 5-də başlanacaq və uçuş kütləsi 490 tona qədər olan nəqliyyat vasitələri qəbul olunacaq.

V.Əmiraslaniv bildirib ki, İtaliya və Türkiyə şirkətləri tikinti prosesində iştirak edir. O, uçuşun idarə olunması üçün qüllənin tikildiyini və ona lazım olacaq Avropa və ABŞ istehsalı avadanlıqların iyulun 15-də hava limanına gətiriləcəyini əlavə edib.

Sonda AZAL əməkdaşı diplomatların suallarını cavablandırıb.

Paylaş:
370

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər