Azərbaycanlı deputatın məqaləsi Belçikanın nüfuzlu informasiya portalında dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı deputatın məqaləsi Belçikanın nüfuzlu informasiya portalında dərc olunub

S.Xankişiyeva14:20 - 10 / 07 / 2021
Azərbaycanlı deputatın məqaləsi Belçikanın nüfuzlu informasiya portalında dərc olunub

09 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Belçika mediasında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında “Azerbaijan keeping strong in achieving '2030 Agenda' in South-Caucasus despite challenges” adlı məqaləsi dərc olundu və onu da qeyd edək ki, həmin yazı yüksək baxış sayına nail oldu.

1news.az-ın verdiyi xəbərə görə, məqalədə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı ilə yüksək səviyyəli əməkdaşlığına, ölkəmizin 2000-ci ildən BMT-nin "Minilliyin İnkişaf Məqsədləri" Bəyannaməsini Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla icra etməsinə, 2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunan “2030 Gündəliyi”nin fəal iştirakçısına çevrilməsinə və Prezident İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə nail olunması istiqamətində görülən işlərə dair məlumatlar öz əksini tapmışdır.

Xüsusilə Azərbaycanın 2020-ci il üzrə Dayanıqlı inkişaf hesabatında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 baldan 72,4 bal topla¬yaraq dünyanın 165 ölkəsi arasında 55-ci, Cənubi Qafqazda isə lider olaraq qərarlaşması diqqətəlayiq məqamlardandır.

Millət vəkili eyni zamanda Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun Qələbəsinin nəticəsi olaraq 30 illik qanunsuz işğala son qoyulmasını qeyd edərək illərdən bəri ilk dəfə ölkəmizdə DİM16 (Sülh, ədalət və səmərəli müəssisələr) məqsədi üzrə irəliləyişin qeydə alınmasını vurğulamışdır.

Həmçinin M.Əfəndiyev Ermənistan tərəfindən son 30 ildə ölkəmizə qarşı törədilən ekoloji terrora son qoyulduğunu, ekoloji tarazlığın təmini və dayanıqlı, təmiz ətraf mühitin yaradılması, habelə işğaldan azad olunmuş torpaqlarda yaşayacaq insanlarımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətlə və yüksək səviyyədə aparıldığını da xüsusi qeyd etmişdir.

Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:

https://www.eureporter.co/world/azerbaijan-world/2021/07/09/azerbaijan-keeping-strong-in-achieving-2030-agenda-in-south-caucasus-despite-challenges/

Paylaş:
525

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər