Azərbaycandakı xarici diplomatlar Cıdır düzündə olublar
Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə,bu gün diplomatik korpusun ümumilikdə 100-dən çox nümayəndəsi Şuşada Cıdır düzündə olub.
Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ötən gün diplomatlar Füzulidə beynəlxalq hava limanının tikintisi və “Füzuli” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar. Daha sonra Şuşada bir sıra mədəni və tarixi-dini abidələrə baş çəkiblər.