“Selfi” çəkən 11 nəfəri ildırım vurdu | 1news.az | Xəbərlər
Dünya

“Selfi” çəkən 11 nəfəri ildırım vurdu

16:27 - 12 / 07 / 2021
“Selfi” çəkən 11 nəfəri ildırım vurdu

Hindistanın Caypur şəhərində "selfi" çəkən 11 nəfəri ildırım vuraraq öldürüb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yerində olan bir çox şəxs isə yaralanıb.

Məlumata əsasən, insidentə səbəb bir qrup şəxsin XII əsrə aid Amer qalasının gözətçi qülləsində yağış altında "selfi" çəkmək istəməsi olub. Ümumilikdə insident zamanı orada təqribən 27 nəfər olub.

1news.az

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər