Abşeronda DOST Mərkəzinin açılışı olub – FOTO – YENİLƏNİB
İyulun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzinin açılışı olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Əhalinin rifah halının daha da yaxşılaşdırılması, bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsi, ölkəmizdə sosial müdafiə sisteminin etibarlılığının ən yüksək səviyyəyə çatdırılması Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin əsas hədəflərindən biridir.
Fəaliyyətində sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri qısa zamanda vətəndaşlarımızın etibarını qazanıb. Bu gün bu mərkəzlərin sırasına – Abşeron DOST Mərkəzi də əlavə olunur. Bu, sayca beşinci mərkəzdir.
Sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması Azərbaycanın yeni brendinin spesifik cəhətləri sırasındadır. Yeni Abşeron DOST mərkəzi də özündə bu xüsusiyyətləri tam əks etdirir. Ümumilikdə 445 mindən çox şəxsin dost mərkəzlərinə müraciəti nəticə etibarilə 97,4 faizlik göstərici ilə vətəndaş məmnunluğuna səbəb olub.
Beləliklə, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən və Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST konsepsiyası çərçivəsində istifadəyə verilən növbəti mərkəzdə vətəndaşlarımız məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji xidmət olmaqla, ümumilikdə 152 adda xidmətdən rahatlıqla yararlana bilərlər.
Qeyd edək ki, maraqlı memarlıq layihəsi olan yeni DOST mərkəzində gün ərzində təxminən 400 vətəndaşın qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Bu prosesi 120 nəfərə yaxın işçi heyəti və 50 könüllü həyata keçirəcək.
Dost mərkəzlərinin daha bir əhəmiyyəti həssas təbəqədən olan vətəndaşlara dövlət qayğısını özündə əks etdirməsi ilə bağlıdır. Yaxın iki ay ərzində DOST mərkəzində Prezident İlham Əliyevin bu ilin iyununda imzaladığı Fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzi fəaliyyətə başlayacaq. Burada şəhid ailələrinə və qazilərə yeddi qurum üzrə 26 xidmət göstəriləcək, onların əlavə xərclərə və vaxt itkisinə yol vermədən bu xidmətlərə əlçatanlığı təmin ediləcək.
14:25
İyulun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzinin açılışı olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.