Bu il nikah və boşanmaların sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il nikah və boşanmaların sayı artıb

S.Xankişiyeva10:15 - 15 / 07 / 2021
Bu il nikah və boşanmaların sayı artıb

Bu ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 19 141 nikaha daxilolma və 6 745 boşanma halları qeydə alınıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər