Xaçınçay su anbarının ətrafı minalardan təmizlənir
"Ağdamda yerləşən Xaçınçay su anbarının ətraf ərazisi və anbardan ayrılan beton suvarma kanalının sağ-sol sahilinin təmizlənməsi ilə bağlı tapşırıqlar verilib".
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupunun rəhbəri, baş leytenant Süleyman Heydərov bildirib.
Onun sözlərinə görə, minatəmizləmə qrupunun üzvləri Türkiyə Silahlı Qüvvələrində müvafiq kurs keçib və beynəlxalq dərəcəli sertifikatlarla təmin ediliblər: “Tapşırığa əsasən, qruplar təmizləmə işlərini həyat keçirməkdədir. Qrup fərdi axtarış vasitələri ilə minalardan təmizləmə işlərini icra edir. Tapşırıqların icrası zamanı minalara rast gəlinməsə belə, mina qədər təhlükəli partlamamış hərbi sursatlar aşkarlanıb və müvafiq tədbirlər görülüb. Həmçinin aviasiya vasitəsilə atılan bombacıqlar da tapılıb. Onlar tenis topuna oxşadığına görə insanın diqqətini cəlb edə bilər. İnsanlara müraciət edirik ki, belə bir sursat gördükləri təqdirdə toxunmadan FHN-in "112" qaynar telefon xəttinə məlumat versinlər”.