Azərbaycanın Belarusdakı səfiri dəyişib - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Belarusdakı səfiri dəyişib - SƏRƏNCAM

S.Xankişiyeva17:33 - 16 / 07 / 2021
Azərbaycanın Belarusdakı səfiri dəyişib - SƏRƏNCAM

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər