Türkiyədə sel nəticəsində ölənlərin sayı 7-yə çatıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə sel nəticəsində ölənlərin sayı 7-yə çatıb

11:48 - 16 / 07 / 2021
Türkiyədə sel nəticəsində ölənlərin sayı 7-yə çatıb

Türkiyənin Rize vilayətində baş verən sel zamanı ölənlərin sayı 7 nəfərə çatıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Rizenin 6 rayonu təbii fəlakətin ziyanına məruz qalıb.

Fasiləsiz leysan yağışından çaylar daşıb, əraziyə sel gəlib, sürüşmə baş verib. Hadisədə 13 nəfər yaralanıb. İtkin düşən bir nəfərin axtarışları davam edir.

1news.az

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər