Prezident Naftalanda avtomobil yollarının əsaslı təmiri üçün vəsait ayırdı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Naftalanda avtomobil yollarının əsaslı təmiri üçün vəsait ayırdı

S.Xankişiyeva14:39 - 23 / 07 / 2021
Prezident Naftalanda avtomobil yollarının əsaslı təmiri üçün vəsait ayırdı

Prezident İlham Əliyev Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamda qeyd edilir ki, Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər