Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib

S.Xankişiyeva15:18 - 23 / 07 / 2021
Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib

Prezident İlham Əliyev İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamla İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər