Cənubi Qafqazda sülhə və əməkdaşlığa doğru | 1news.az | Xəbərlər
Siyasət

Cənubi Qafqazda sülhə və əməkdaşlığa doğru

S.Xankişiyeva10:45 - 23 / 07 / 2021
Cənubi Qafqazda sülhə və əməkdaşlığa doğru

Şərq ilə Qərb arasında yerləşən Cənubi Qafqaz bir sıra dövlətlərin sərhədi kimi tarix boyu müxtəlif xalqların vətəni olmuşdur.

Bu region əsrlər boyu İpək Yolu vasitəsilə dövlətlər arasında iqtisadi, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə öz töhvəsini verərək insanların burada rifah içində yaşamalarına şərait yaratmışdır.

Cənubi Qafqaz Əməkdaşlıq və Avropaya enerji təchizatı baxımından Asya qitəsində mühüm geosiyasi mövqeyə sahibdir və bu xüsusiyyəti Sovet İttifaqının dağılmasından sonra yeni siyasi, təhlükəsizlik və iqtisadi motivlər ilə zənginləşmişdir. Regionun geosiyasi mövqeyi yeni təhlükəsizlik problemləri yaratmış və davamlı gərginlik insanların təhlükəsizliyinə təsir edərək iqtisadi və sosial inkişafa mane olmuşdur.

Ermənistan və Azərbaycan arasındaki son müharibə bölgədəki gərginliyi daha da artırdı, Qafqaz ölkələri arasında sosial, iqtisadi və siyasi münasibətlərin zəifləməsinə səbəb oldu. Lakin, son dövrlərdə Cənubi Qafqaz regionunda olan dəyişikliklər və İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi regionun gələcək perspektivləri haqqında əsaslı inkişaf strategiyalarının müzakirəsi üçün yeni zəmin yaratdı.

Bu gün regionda sülh və əməkdaşlıq mühüm şərtdir. Avropa İttifaqının üzv ölkələri Avstriya, Litva və Rumıniya Xarici İşlər nazirlərinin rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyi vurğulanıb.

Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda söylədiyi fikirlər də Azərbaycanın regionun vahid inteqrasiyası üçün fəal əməkdaşlığa hazır olduğunu bir daha sübut etdi. Uzun müddət davam edən müharibə vəziyyətindən sonra regional əməkdaşlığın qurulması nə qədər çətin görünsə də bu mümkündür. Təbii ki, xalqımız ona qarşı edilmiş vəhşiliyi, ədalətsizliyi unutmayıb və heç zaman unutmayacaq. Ermənistan başa düşməlidir ki, bu gün onların qarşısında vaxtı ilə dinc, dostluğa daima açıq, hətta bəzi hallarda bir az sadəlöv azərbaycanlıların əvəzinə keçmişin qanlı dərslərini yaxşı mənimsəmiş, çətin sınaqlardan şərəflə keçərək dünyaya gücünü nümayiş etdirmiş, Vətəninə və andına sadiq Liderinin ətrafında yumruq kimi birləşmiş qəhrəman Azərbaycan xalqı dayanıb. Onlar bu həqiqəti dərk etdikləri təqdirdə ilkin olaraq ümumbəşəri dəyərlər, qlobal məqsədlərin icrası üzrə regional mahiyyətə malik məsələlərin prioritetləşdirilməsi və əməkdaşlığın bu istiqamətdə qurulmasını məqsədəmüvafiq hesab etmək olar.

Xüsusilə də işğaldan azad olunmuş torpaqlarımızda konflikt sonrası tədqiqatların aparılması, mədəniyyətlər və dinlərarası dialoqun qurulması xalqların regionda dinc şəraitdə yaşaması üçün mühüm addım ola bilər.

10 noyabr 2020-ci il tarixli imzalanmış bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın qəbul olunması Azərbaycan xalqının multikultural dəyərlərə və tolerantlıq ideologiyasına sədaqətinin rəmzinin bariz nümunəsidir. Zəngəzur dəhlizinin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, həmçinin Türk dünyasının əlaqələrini xeyli möhkəmləndirəcəkdir.

Ölkəmizdə akkreditə olunmuş beynəlxalq və regional təşkilatların bu əməkdaşlığın qurulmasında və dayanıqlı edilməsində rolu isə əvəzsiz olacaqdır.

Bu baxımdan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından sayılan, münaqişələrin qarşısının alınması və sülh dialoqunda hər zaman mühüm rol oynayan Avropa Birliyinin bu gün Cənubi Qafqaz regionu ilə əlaqələri mühüm bir önəm daşımaqdadır. Bu, regiona səfəri zamanı Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Azərbaycanda keçirdiyi görüşlərində səsləndirdiyi fikirlərdə də öz əksini tapmışdır.

Daha sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel regiona səfəri çərçivəsində Azərbaycanın Avropa üçün önəmini, xüsusilə enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulamışdır. Onun görüşlərin nəticəsi olaraq birgə keçirilən mətbuat konfransinda “Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdır” sözləri regionda sülh, əməkdaşlıq və quruculuqda maraqlı olan ölkəmizin mənafeyi ilə səsləşir.

Avropa Birliyi müxtəlif ölkələrdə və bölgələrdə uzlaşma və tolerantlıq vasitəsi olaraq mədəniyyətlərarası dialoqun dəstəklənməsində böyük təcrübəyə malikdir. Məhz mədəniyyətlərarası dialoq demokratik cəmiyyətlərin ən qədim və ən təməl vasitəsi olmaqla regionda davamlı sülhün, əməkdaşlığın əsasını qoya bilər. Mədəniyyətlərarası dialoqun nəticəsi olaraq yaranacaq qarşılıqlı hörmət xalqlar arasında birgə yaşayışı təmin edə bilər.

Mədəniyyətlərarası dialoqla yanaşı, iqtisadi və sosial əməkdaşlığın təşviqi ilə barışıq dialoqunun qurulması da bölgədə daha çox qarşılıqlı anlaşmaya səbəb olacaqdır. İqtisadi müdaxilələr tarixən sülhə təsir göstərmiş və münaqişədən təsirlənmiş ölkələr arasında qarşılıqlı anlaşma mənbəyi olmuşdur. Regionda yerləşən dövlətlərin ortaq maraqlarına, xalqların davamlı inkişafına və enerji daşınması kimi iqtisadi potensialın artmasına səbəb olacaq sahələr üzrə ilkin əməkdaşlığa başlamaq qısa müddətdə öz bəhrəsini verəcəkdir. İqtisadi tərəqqi inkişafın ən vacib hissəsi olaraq regional inteqrasiyanı daha da gücləndirəcəkdir. Bu mühüm prosesin bir aspekti də Azərbaycan Respublikası Prezidentinin bəyan etdiyi Azərbaycana onun ədalətli mübarizəsində dəstək göstərmiş ölkələrin azad edilmiş ərazilərin bərpa və yenidənqurmasında prioritetli tərəf müqavili kimi fəaliyyət göstərməsidir. Bu müdrik və uzaqgörən addım həm siyasi, həm iqtisadi, həm də xalqlar arasında münasibətlər səviyyəsində böyük potensiala malikdir. Onun icrasında həssaslıq və düşünülmüş yanaşma təmin edilməlidir ki, ölkə rəhbərinin istədiyi nəticə əldə edilsin.

Prezident İlham Əliyev tərəfindən imzalanan iqtisadi və sosial islahatlar, Zəngəzur dəhlizinin açılması üçün nəzərdə tutulan işlər, ardıcıl sərancamlar regionun post-konflikt quruculuğunun əsasını qoymaqla sosial-iqtisadi gücün və iqtisadi potensialın əhəmiyyətli dərəcədə artırılmasına əsaslı zəmin yaratmışdır. Bununla paralel olaraq, regionun gələcək perspektivləri haqqında əsaslı inkişaf strategiyalarının və regionun ortaq problemlərinə əsaslandırılmış əməkdaşlığın qurulması üzrə müzakirələrə gecikmədən başlanılması bu potensialı daha da artıra bilər.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
514

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər