“Tokio-2020”: Cüdoçularımız mübarizəyə qoşulublar | 1news.az | Xəbərlər
İdman

“Tokio-2020”: Cüdoçularımız mübarizəyə qoşulublar

S.Xankişiyeva10:08 - 24 / 07 / 2021
“Tokio-2020”: Cüdoçularımız mübarizəyə qoşulublar

Tokioda Azərbaycan komandasının da qatıldığı Yay Olimpiya Oyunları keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu gün cüdoçularımızdan ikisi – Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) mübarizəyə başlayıb. Belə ki, K.Hüseynov Eşli Makkenzi (Böyük Britaniya), A.Qurbanlı Katarina Kosta (Portuqaliya) ilə ilk qarşılaşmalarını keçirəcəklər. Cüdo yarışları Bakı vaxtı ilə saat 06:00-da başlayıb.

Qeyd edək ki, Azərbaycan tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunur. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.

Paylaş:
657

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər