Azərbaycan atıcısı Tokio-2020-də mübarizəni dayandırıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan atıcısı Tokio-2020-də mübarizəni dayandırıb

S.Xankişiyeva10:47 - 24 / 07 / 2021
Azərbaycan atıcısı Tokio-2020-də mübarizəni dayandırıb

Tokioda 2020-ci il Yay Olimpiya Oyunları çərçivəsində 10 metr məsafədən pnevmatik tapançadan atıcılı yarışlarının təsnifat mərhələsi başa çatıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Azərbaycan atıcısı Ruslan Lunyov bu mərhələdə 20-ci yer tutaraq dörddəbir final mərhələsinə çıxa bilməyib.

O, altı cəhd ərzində 574 xal toplaya bilib.

R.Lunyov avqustun 1-də 25 metr məsafədən atəşaçma yarışlarında iştirak edəcək.

Paylaş:
683

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər