Azərbaycan neftinin qiyməti 74 dolları ötdü | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 74 dolları ötdü

12:14 - 27 / 07 / 2021
Azərbaycan neftinin qiyməti 74 dolları ötdü

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,34 dollar artaraq 74,84 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,27 dollar bahalaşaraq 72,18 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,21 dollar artaraq 74,16 dollar olub.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

1news.az

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər