Polad Bülbüloğlu: Bakı İrəvanı sülh sazişinə çağırır | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu: Bakı İrəvanı sülh sazişinə çağırır

S.Xankişiyeva16:17 - 28 / 07 / 2021
Polad Bülbüloğlu: Bakı İrəvanı sülh sazişinə çağırır

“Bakı İrəvanı sülh sazişi imzalayaraq sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu ölkənin “RİA Novosti” İnformasiya Agentliyinə müsahibəsində bildirib və Qarabağ müharibəsinin artıq başa çatdığını dilə gətirib.

“Biz bu müharibənin başa çatdığını, münaqişənin keçmişdə qaldığını dəfələrlə bildirmişik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh sazişini imzalamalı, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır” – deyən səfir Ermənistan tərəfinin başqa mövqedə olduğunu diqqətə çatdırıb: “Ermənistan dövlətlərarası münasibətlərin həllini yenə ləngitməyə çalışmaqla bütün regionun hərtərəfli inkişafı üçün şərait yaradılmasına mane olur”.

Bölgədə Rusiya sülhməramlılarının missiyasının uzadılması məsələsinə toxunan diplomat deyib ki, bu gün bu barədə danışmaq hələ tezdir.

“Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilən Rusiya Federasiyası sülhməramlı qüvvələri onlara həvalə olunmuş hərbi və humanitar vəzifələrini yerinə yetirməyə davam edir” – deyə səfir qeyd edib.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli birgə bəyanata görə, Rusiya sülhməramlılarının fəaliyyət müddəti 5 il müəyyənləşdirilib.

“Biz dövlət başçılarımızın qarşıya qoyduqları vəzifələri yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməməliyik” – deyə, səfir P.Bülbüloğlu vurğulayıb.

Paylaş:
487

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər