Prezidentdən Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə bağlı SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Prezidentdən Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə bağlı SƏRƏNCAM

S.Xankişiyeva15:22 - 29 / 07 / 2021
Prezidentdən Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncama əsasən, talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 600 min manat ayrılıb.

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər