Ermənistan atəşkəsi pozaraq Kəlbəcərdəki mövqelərimizi yenidən atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan atəşkəsi pozaraq Kəlbəcərdəki mövqelərimizi yenidən atəşə tutub

S.Xankişiyeva09:13 - 29 / 07 / 2021
Ermənistan atəşkəsi pozaraq Kəlbəcərdəki mövqelərimizi yenidən atəşə tutub

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər