Azərbaycan nefti bahalaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti bahalaşmaqda davam edir

12:36 - 29 / 07 / 2021
Azərbaycan nefti bahalaşmaqda davam edir

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,34 dollar artaraq 75,08 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 72,77 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,05 dollar artaraq 74,43 dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

1news.az

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər