“Aİ-98” markalı benzinin qiyməti artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Aİ-98” markalı benzinin qiyməti artıb

12:12 - 03 / 08 / 2021
“Aİ-98” markalı benzinin qiyməti artıb

“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.

1news.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.

O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:

“Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı.

1news.az

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər