Məhərrəm ayında toy etmək olarmı? – İlahiyyatçıların cavabı | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhərrəm ayında toy etmək olarmı? – İlahiyyatçıların cavabı

12:41 - 09 / 08 / 2021
Məhərrəm ayında toy etmək olarmı? – İlahiyyatçıların cavabı

Məlum olduğu kimi, sabahdan Məhərrəm ayı başlayır. Bu ayın başlanması ilə də Azərbaycanda ənənəvi olaraq “toy edəkmi, etməyəkmi” sualı ətrafında müzakirələrə start verilib. Pandemiya şəraitində yaşamağımız, üstəlik yoluxanların sayının artması fonunda müzakirələr daha qızğın xarakter alıb.

Bir tərəfdən matəm ayının başlaması, digər tərəfdən şənlik mərasimlərinin keçirilməsi qaydalarının və tələblərinin pozulması, cərimələrin artması, üstəlik “Delta” ştammı ilə əlaqədar ölkədə təkrar qapanmaların olacağı toy qadağası qərarının yenidən gələcəyi ehtimalını artırır. Toy etmək arzusunda və hazırlığında olanlar bu durumdan ciddi narahatlıq keçirməyə başlayıblar.

Bəs görən ilahiyyatçılar necə düşünürlər, Məhərrəm ayında toy etmək olar, yoxsa olmaz?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayevin sözlərinə görə, Məhərrəm ayında ənənəvi olaraq əhali toy etmir:

“Məhərrəm və Səfər ayında əhali bilir ki, toy etmək olmaz. Bunu anlayan insanlar toylarını təxirə salıb, başqa aylar da edirlər. Toy və evlənmək anlayışı bir-birindən fərqlidir. İnsan istənilən vaxt evlənə bilər. Bir kişi və qadının evlənməsi Məhərrəm və Səfər ayına da təsadüf edə bilər. Lakin toy ola bilməz. Çünki toyda çalğı, musiqi, şənlik anlayışı var”.

Din xadiminin sözlərinə görə, Məhərrəm ayında Peyğəmbər və onun ailəsinə, istəkli nəvəsi İmam Hüseynə qarşı Əməvi xəlifəsi Yezid tərəfindən soyqırım edilib:

“Peyğəmbərin özünə və ailə üzvlərinə şiddət, təcüvüz göstərilib. Onlar əsir alınıb, öldürülüb. Xalqımızın bu hadisələrlə bağlı məlumatı var. Onlar Peyğəmbərimizi sevdikləri üçün bu aya fərqli yanaşırlar. Bu səbəbdən də toy etmirlər. Lakin evlənmək istəyən adam kəbin kəsərək, xanımına sahib ola bilər. Onun heç bir məhdudiyyəti yoxdur. Səfər ayında da bir neçə imamımız vəfat edib. İnsanlar da ehtiram olaraq, bu baxımdan nə Səfər, nə də Məhərrəm ayında toy edirlər”.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli açıqlamalarının birində məsələ ilə bağlı danışarkən bildirib ki, Məhərrəm ayında toy, şadlıq mərasimlərinin keçirilməsi qadağa və əmr çərçivəsindən kənarda olan məsələdir:

“Bu, qəlblə bağlıdır. Bu ay İmam Hüseyn əleyhissəlamın şəhid olduğu aydır. Məsumlar tərəfindən bu ayda bizə əzadarlıq və matəm əhval-ruhiyyəsində olmaq tövsiyə olunur. Şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb. Amma bilirik ki, yaxın adamını itirən bir şəxs bayram etməz.

Bu əzadarlığı xalqımız əsrlər boyu yaşadır və adətdir ki, Məhərrəm, Səfər aylarında toy edilməyib. Azərbaycanda məzhəbindən asılı olmayaraq, hər kəs buna əməl edir. Ona görə də hesab edirəm ki, bu məsələ ilə bağlı əmr və qadağaların olması zəruri deyil. İmam Hüseynin və Kərbəla şəhidlərinin ruhuna hörmət əlaməti olaraq vacibdir ki, bu iki ayda toy və şadlıq mərasimləri keçirilməsin”.

Lakin Məhərrəm ayında toy etməyin düzgün olduğunu düşünən ilahiyyatçılar da var. İlahiyyatçı Elşad Miri Məhərrəmlikdə toy və nişan mərasimlərinin keçirilə biləcəyini deyir:

“Dində məhərrimlik ayında toy etməklə bağlı qadağa yoxdur. İslamın əsas anlayışı Quran kitabıdır. Quran kitabında isə toy, nişan mərasimi etmək mövzusunda hansısa qadağa, göstəriş yoxdur. Əgər Quran kitabında belə bir anlayış yoxdursa, o zaman “din icazə vermir” demək olmaz. Peyğəmbərin özünün də bu mövzu ilə bağlı hansısa qadağası yoxdur. Məhərəmlik Aşura ilə əlaqədar bir məsələdir Aşura isə peyğəmbərin vəfatından çox -çox sonra, onun nəvəsinin qətlə yetirilməsi ilə bağlıdır. Məsələyə eyni şəkildə yanaşsaq, gərək 44 günlük müharibədə qəhrəmanlıq simvoluna çevrilən əsgərlərimizin şəhid olduğu günlərdə də toy etməyək”.

İlahiyyatçıların açıqlamalarından belə nəticəyə gəlmək olar ki, dinimizdə Məhərrəm ayında toy və şənlik mərasimlərinin keçirilməsi ilə bağlı hər hansı bir qadağa yoxdur. Toy keçirib keçirməyəcəyinə insanlar özləri qərar verməlidirlər.

1news.az

Paylaş:
4856

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər